CƏMİYYƏT


Qadınların sığındığı "Təmiz dünya" REPORTAJ

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdindəki sığınacaq 2002-ci ildən fəaliyyət göstərir. Çətin həyat şəraitinə düşmüş qadın və uşaqlara xidmət edən sığınacaqda ötən illər ərzində yüzlərlə qadın və uşaq yerləşdirilib, normal həyata qaytarılıb. Sığınacaqda yerləşdirilən şəxslər qida, geyim və s. məişət ehtiyacları ilə yanaşı, hüquqi, psixoloji, tibbi yardımla da təmin edilirlər. İctimai Birlik də çətin vəziyyətə düşmüş qadın və uşaqların normal həyata qayıdışına fəal yardım göstərib.