CƏMİYYƏT


Gəncənin məşhur "Butulkalı ev"i təmir edilir

AZƏRTAC xəbər verir ki, inşasında 46 minə yaxın müxtəlif ölçülü və rəngli butulkadan istifadə olunan evin dam örtüyü, içəridən tavanı, həmçinin, eyvan hissəsındə bərpa işləri görülür.
Binanın görünüşünə zərər verilməyəcək. Təmir işlərinin bir aya yekunlaşması nəzərdə tutulur.
Bu tarixi evi İbrahim Cəfərov İkinci Dünya Müharibəsindən qayıtmayan qardaşı Yusif Cəfərovun xatirəsini əbədiləşdirmək məqsədilə tikib. Özünəməxsus quruluşa malik ev İ.Cəfərovun fantaziyasının məhsuludur. Evin inşasında rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıqqulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən istifadə edilib.