CƏMİYYƏT


Azərbaycanın hərbi orkestri “Spasskaya başnya” beynəlxalq hərbi-musiqi festivalında iştirak edir

Avqustun 23-də Moskvada XII beynəlxalq hərbi-musiqi festivalına start verilib. Azərbaycanın ilk dəfə iştirak etdiyi festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri, habelə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edirlər.