CƏMİYYƏT


Avtomobil Yolları Dövlət Agentliyinin sədri Şabranda vətəndaşların müraciətlərini dinləyib

Avqustun 26-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov Şabran və Siyəzən rayonundan olan vətəndaşların müraciətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, yerüstü piyada keçidlərinin qoyulması, işə qəbul və digər məsələlərlə bağlı olub.