CƏMİYYƏT


Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıldı

Şübhəli şəxs Binəqədi şossesi DSK adlanan ərazidə saxlanılan zaman üzərində olan çantadan ayrı-ayrı bükümlərdə - hər birində 495 qram, digərində 510 qram olan metamfetamin, 763 ədəd yaşıl rəngli ümumi çəkisi 160,23 qram olan tablet metilendioksimetamfetamin ekstazı və 1004 ədəd ümumi çəkisi 210,84 qram olan çəhrayı rəngli metilendioksimetamfetamin, ekstazı aşkar olunub.
Ceyhun İsayev ilkin izahatında narkotik vasitəni iki gün əvvəl Baksol yolu adlanan ərazidə tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.
Faktla bağlı Binəqədi RP İstintaq Şöbəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq, digər zəruri istintaq hərəkətləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır