CƏMİYYƏT


Bakıda unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminar keçirilir

Son illər sanki dünya çox kiçilib. İndi dünyanın bu başından o başına getmək üçün bir neçə saat kifayət edir. Ona görə indi bu kiçik dünyanın problemləri də ümumidir. Hazırda dünyada hər 7 nəfərdən biri aclıqdan əziyyət çəkir və ya aclıq səviyyəsindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 9-da Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə UNİSEF və Qida Məhsullarının Zənginləşdirilməsi Təşəbbüsü (FFI) tərəfindən təşkil olunan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənən unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda Milli Məclisin deputatı Musa Quliyev deyib.