CƏMİYYƏT


“Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinə start verilib

Sentyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, düşərgə “ASAN xidmət”, Dövlət Sərhəd Xidməti (DSX) və “ASAN Könüllüləri” Təşkilatının birgə təşəbbüsü ilə reallaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev düşərgə iştirakçılarını salamlayaraq cari il ərzində könüllülərin çoxsaylı müraciətlərinin nəzərə alınaraq “Hərbiyyə” düşərgəsinin üçüncü dəfə təşkil olunduğunu diqqətə çatdırıb.