CƏMİYYƏT


Qubada qızıl-zinət əşyaları oğurlayan gənc saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Bağbanlı kəndində evdən qızıl-zinət əşyaları oğurlayan şəxsi saxlayıb. Araşdırmalarla onun həmin kəndin sakini 19 yaşlı Raman Mirzəyev olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, R.Mirzəyevin törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs Xaçmaz rayon ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən evlərin birindən zinət əşyaları oğurlayıb.