CƏMİYYƏT


Rusiyalı həmkarlarımız: AZƏRTAC ilə TASS arasında çox səmimi, etimada əsaslanan dostluq münasibətləri var

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC və Rusiya Dövlət İnformasiya Agentliyi – TASS arasında təcrübə mübadiləsi proqramı 15 ildən çoxdur davam edir. İki informasiya agentliyinin qarşılıqlı fəaliyyətinin bütün sahələrini əhatə edən bu proqram çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərə dair təcrübə və fikir mübadiləsi aparılır, birgə layihələr müzakirə olunur, ölkələrimizin tarixi, mədəniyyəti, incəsənəti, sosial-iqtisadi inkişafı barədə daha çox məlumat almağa imkan yaranır. AZƏRTAC ilə TASS arasında mübadilə proqramı informasiya agentlikləri və bütövlükdə dövlətlərimiz arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.