CƏMİYYƏT


Laçınlı məcburi köçkünlər sürülərini yaylaqdan Arana gətirirlər REPORTAJ

Yaz-yay mövsümünü yaylaqda keçirən köçəri heyvandarlar havaların soyuması ilə əlaqədar sürülərini Arana - qışlağa gətirirlər. Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların dədə-babadan qışlaq yeri olub. Hər il yaylaq mövsümü başa çatanda sürülər-naxırlar Laçından bu yerlərə gətirilirdi. Lakin 27 ildir ki, Taxtakörpüdə qalmağa məcbur olan laçınlılar doğma yurdlarına – 1992-ci ildən Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Laçın rayonuna qayıda bilmirlər. Heyvandarlıqla məşğul olan laçınlı məcburi köçkünlər 1992-ci ildən bəri Daşkəsən, İsmayıllı və Goranboy rayonları ərazisindəki yaylaqlara köç edirlər.