CƏMİYYƏT


Qobustanda yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustandan keçən ərazisində baş verib. Əks istiqamətdə hərəkət edən “VAZ-2106” və “VAZ-2107” markalı avtomaşınların toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Avtomobillərdə sərnişin qismində olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.