CƏMİYYƏT


Kiyevdə Azərbaycan və Ukrayna gənclərinin birinci forumu keçirilib

Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) təşkilatçılığı ilə Kiyev Milli Texnologiya və Dizayn Universitetində keçirilən forum hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Kiyev Milli Texnologiya və Dizayn Universitetinin elmi, pedaqoji və beynəlxalq fəaliyyətlər üzrə prorektoru, professor, texniki elmlər doktoru Vitali Çaban Ukrayna-Azərbaycan əlaqələrindən danışıb, ikitərəfli münasibətlərin inkişafında gənclərin rolunu xüsusi qeyd edib. V.Çaban bu baxımdan belə forumların əhəmiyyətini vurğulayıb.