CƏMİYYƏT


Bakıda silahlı şəxs saxlanılıb

Üzərində qanunsuz odlu silah gəzdirən şəxs Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi rayon sakini Samir Məmmədov əldə edilən əməliyyat məlumatı əsasında Ziya Bünyadov prospektində tutulub. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança və silahın sandıqçasından səkkiz patron aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.