CƏMİYYƏT


Bakıda “İnfiniti”dən 70 min manata yaxın pul və qızıl-zinət əşyaları oğurlanıb

Paytaxt sakini Elşən Rəhimov oktyabrın 24-də Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gecə ona məxsus “İnfiniti” markalı avtomobilin yaşadığı evin həyətində qabaq sol yan şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin saxlanc yerindən 14000 manat dəyərində 65 karat brilyant qaşların, 11200 manat dəyərində 170 qram çəkidə qızıl-zinət əşyalarının, 10000 ABŞ dolları, 3000 Avro və 1500 manatının naməlum şəraitdə oğurlandığını bildirib. Məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış və 37-ci Polis Şöbəsi əməkdaşlarının, həmçinin ekspert-kriminalistlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı zərərçəkən şəxsə ümumilikdə 69458 manat miqdarında maddi ziyanın dəydiyi məlum olub.