CƏMİYYƏT


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Yevlaxda əməliyyat keçiriblər

DİN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakini Cəlal Abduyev yaşadığı Havarlı kəndinin yaxınlığında polislər tərəfindən tutulub. Onun evinə baxış keçirilən zaman 2 kiloqram 15 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.