CƏMİYYƏT


Şəkidə seçkilərlə bağlı müraciətlərə baxılması məsələləri müzakirə olunub

Bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan növbəti regional seminar oktyabrın 31-də Şəki şəhərində keçirilib.
“Şəki-Palas” otelində keçirilən seminarda MSK-nın üzvləri Validə Kazımova, İlkin Şahbazov, respublikanın şimal-qərb bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi dairə seçki komissiyalarının hər birindən 3 ekspert olmaqla, ümumilikdə, aşağı seçki komissiyalarının 51 təmsilçisi iştirak edib.