CƏMİYYƏT


Monqolustan Beynəlxalq Türk Akademiyasına üzvlüyü nəzərdən keçirir

Monqolustan Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlığı genişləndirmək və təşkilata üzvlüyü nəzərdən keçirmək niyyətindədir.
Bunu Beynəlxalq Türk Akademiyasını ziyarət edən zaman Monqolustan Baş Nazirinin müavini Ölziysayxan Enxtüvşin deyib.
AZƏRTAC xəbər verir ki, Qızıl Orda dövlətinin yaranmasının 750 illik yubileyi münasibətilə Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi dəyirmi masada iştirak edən qonaq ölkəsinə qayıtdıqdan sonra bununla bağlı xüsusi komissiyanın yaradılacağını diqqətə çatdırıb.