CƏMİYYƏT


Tarix Muzeyində Hacı Zeynalabdin Tağıyevin nəticəsi ilə görüş keçirilib

Noyabrın 1-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəticəsi Alban Klod ilə görüş keçirilib. Görüşdə muzeyin əməkdaşları ilə yanaşı, Hacı Zeynalabdin Tağıyevin Bakıda yaşayan qohumları, ictimaiyyət nümayəndələri iştirak ediblər.