CƏMİYYƏT


Ali Hərbi Məktəbdə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra Dövlət himni ifa edilib.
Çıxış edənlər Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Azərbaycan dövlətinin və istiqlalımızın müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu olduğunu qeyd edərək bayrağımızın işğal altındakı ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığını və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına əminliklərini vurğulayıblar.
Sonda kursantların ifasında bayrağımıza həsr olunmuş şeir və mahnılar, təqdim olunan səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.