CƏMİYYƏT


Quraqlığa və şoranlığa davamlı yulğun kolu REPORTAJ

Adı "Qırmızı kitab"a düşən yulğun kolu ölkəmizdə ən çox Naxçıvanda, Abşeron yarımadası və Kür-Araz ovalığında yayılıb. Elmi adı tamariks olan yulğun kolunun dünyada 80-dən çox növü mövcuddur ki, bunun da 10-a yaxını Qafqazda, əsasən Gürcüstan və Azərbaycan ərazisində bitir.
AZƏRTAC xəbər verir ki, Salyan rayonunda Kür çayı boyunca yulğun meşələri uzanır. Belə ərazilərə həm də Tuqay meşələri deyirlər. Səhra və yarımsəhra bitkisinin hündürlüyü 1 metr və ondan da hündür olur. Quraqlığa və şoranlığa davamlı olduğundan yaşıllaşdırmada böyük əhəmiyyətə malikdir.