CƏMİYYƏT


Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə xəbərdarlıq edib. Diqqətə çatdırılıb ki, yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülər idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, su gölməçələri olduqda sürəti azaltmalı, zərurət olmadan ötmə əməliyyatı aparmamalı, qəfil manevrlər və kəskin tormazlama etməməlidirlər.
Sürücülük təcrübəsi az olan şəxslərin belə hava şəraitində nəqliyyat vasitəsini idarə etməkdən çəkinmələri daha məqsədəmüvafiq olardı.