CƏMİYYƏT


Bakıda Altıncı Bayraq Festivalı keçirilib

Noyabrın 4-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş Altıncı Bayraq Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda dövlət qurumlarının, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyətinin, qeyri-hökumət təşkilatları nümayəndələri, gənclər təşkilatlarının üzvləri iştirak ediblər.