CƏMİYYƏT


Sosial şəbəkələrdə narkotik vasitələrin alğı-satqısı ilə məşğul olan dəstənin üzvü tutulub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin alğı-satqısı ilə məşğul olan paytaxt sakini Vüsal Vəlizadə Nəsimi Rayon Polis İdarəsinin və 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Onun üzərində axtarış aparılan zaman əlindəki qutudan 2,631 qram yüksək təsiredici xassəyə malik kokain, 0,176 qram metamfetamin, həmçinin psixotrop maddələr olan 55 ədəd ekstazi və 102 ədəd preqabalin həbi aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, Vüsal Vəlizadə narkotik vasitələri və psixotrop maddələri hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. V.Vəlizadə narkotik vasitələri əvvəlcədən razılaşdırılan yerdən götürəndən sonra polislər tərəfindən tutulub.