CƏMİYYƏT


Xıdırlı kəndində dəvə təsərrüfatından REPORTAJ

Xıdırlı Salyanın ən ucqar və Xəzər dənizinin sahilində yerləşən kəndidir. Burada əhali əsasən maldarlıqla dolanır. Xıdırlını məşhurlaşdıran bu kənddə uzun illərdir dəvə təsərrüfatının olmasıdır.
AZƏRTAC xəbər verir ki, kənddən 8 kilometr aralıda dəvələr üçün örüş yeri mövcuddur. Bu örüş yeri 1999-cu ildə dövlət tərəfindən kommersiya məqsədi olmadan, genefondu qorumaq üçün yaradılıb.