CƏMİYYƏT


Britaniyalı mütəxəssislər: Bakıdakı layihə uğurla həyata keçirilir

Artıq 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir. Ötən müddət ərzində görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində ciddi irəliləyişlər əldə olunub.