CƏMİYYƏT


Azərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində "Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar" mövzusunda ictimai təqdimat keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin rəhbər işçiləri, ictimai xadimlər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Mətbuat Şurasının, vətəndaş cəmiyyəti institutlarının, bank və İKT sektorunun nümayəndələri, çoxsaylı KİV rəhbərləri, hakimlər, vəkillər iştirak ediblər.