CƏMİYYƏT


İt və ya pişiyə sahiblənmək istəyənlər üçün aksiya

“Pullman Baku” otelində növbəti ənənəvi “Dost axtarılır” xeyriyyə aksiyası keçirilir.
Tədbirdə IDEA Heyvanlara Qayğı Mərkəzi və bir sıra digər sığınacaqlar himayəyə verilən it və pişiklərini təqdim edəcək. Tədbir zamanı qonaqlar sərgilənən heyvanlarla vaxt keçirə, həmçinin müxtəlif gözəl əl işləri, hədiyyə və suvenirlər əldə edə bilər. Ev heyvanına sahiblənmək istəyən şəxslər sadəcə olaraq tədbirə şəxsiyyət vəsiqəsi ilə gəlib öhdəlik sənədi imzalamaqla it və ya pişikləri ödənişsiz himayəyə götürə bilər. 18 yaşdan aşağı olan şəxslər valideynləri ilə gəlməlidir.