CƏMİYYƏT


Xızıda avtomobil və 1 ton arpa oğurlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib ki, Şuraabad qəsəbəsində yaşayan Tükəzban Mirzəyevanın həyətindəki qarajdan “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanıb.