CƏMİYYƏT


Bakıda fəaliyyət göstərən narkoşəbəkənin üzvləri həbs ediliblər

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha bir narkoşəbəkənin üzvləri həbs ediliblər. Xətai rayonu Köhnə Günəşli qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəlcə qəsəbə sakini Solmaz Salmanova saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan 13,141 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb. Solmaz Salmanova tutulana qədər yaşadığı qəsəbə ərazisində narkotik vasitələrin satışı ilə məşğul olurmuş. O, ifadəsində heroini Şövqi və Nicat adlı şəxslərdən aldığını bildirib.