CƏMİYYƏT


Polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Noyabrın 26-da talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında qanvermə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada alayın şəxsi heyəti yüksək həvəslə və könüllü olaraq iştirak ediblər.