CƏMİYYƏT


Bakıda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı konfrans keçirilir

Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında artan tərəqqi” adlı layihəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), BMT-nin Rezident Əlaqələndiricisinin, BƏT və digər təşkilatların nümayəndələri iştirak edir.