CƏMİYYƏT


Su polisi qanunsuz balıq və ördək ovlayan şəxsləri yaxalayıb

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Polis bölməsinin əməkdaşları tərəfindən Şəmkir rayonu Kür çayı əraisində gərginlik artıran cihazdan istifadə edərək qanunsuz balıq ovu ilə məşğul olan Eldəniz Nəbiyev Bəhram oğlu hadisə yerində yaxalanıb. Yoxlama zamanı ondan gərginlik artıran cihaz və bir ədəd rezin qayıq götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb. Su Nəqliyyatında Polis İdarəsinin apardığı növbəti əməliyyat zamanı Lənkəran ərazisində qırmızı kitaba düşmüş ördək quşlarının ovlanması ilə məşğul olan Masallı rayonunun Öncəqala kənd sakini Şirəliyev Nizami adlı şəxs saxlanılıb. Sənədi olmadan qanunsuz şəkildə ovçuluqla məşğul olan Nizami Şirəliyev Lənkəran Su Polis Şöbəsinin əməkdaşlarının xidməti ərazilərində olan Qızılağac Dövlət Qoruq ərazisində ələ keçib.