CƏMİYYƏT


Cəlilabad Dövlət Peşə Tədris Mərkəzinin maddi-texniki bazası möhkəmləndirilir

Əmək bazarı üçün ixtisaslı kadrların hazırlanması məqsədi ilə Cəlilabad Dövlət Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədris müəssisəsində beşmərtəbəli yeni yataqxana binasının əsaslı təmirinə başlanılıb. Mərkəzdə inzibati tədris və yardımçı binalar da tikiləcək.