CƏMİYYƏT


Horadizdə xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti müzakirə olunub

Cəbhə bölgəsində yaşayan sakinlər informasiya təhlükəsizliyinə ciddi əməl etməli, hərbi xarakterli məlumatların yayılmasına yol verməməli, milli maraqlara zidd fəaliyyətlə bağlı şübhəli hallarda müvafiq qurumları məlumatlandırmalıdırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə noyabrın 28-də Horadiz şəhərində keçirilən “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gənc nəslin maarifləndirilməsi” mövzularında konfransda səsləndirilib.