CƏMİYYƏT


Mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri tutulublar

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları birgə uğurlu əməliyyat tədbirləri həyata keçirərək dekabrın 26-da Badamdar qəsəbəsində K.Əliyevə məxsus evdən seyfi sındıraraq içərisindən 5700 manat, 6000 dollar və 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvlərini saxlayıblar.