CƏMİYYƏT


Novxanıda bağ evinə daxil olmaq istəyən şəxs yaxalanıb

Novxanı qəsəbəsində yerləşən Abduləli Eyvazova məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər evin giriş qapısının açıq olduğunu və bir nəfərin mənzilə daxil olmaq istədiyinin şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.