CƏMİYYƏT


Quba sakinlərindən marixuana götürülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri, R.Haşımov və M.Dadaşov rayonun Dəvədabanı yaşayış massivi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onların üzərlərinə baxış keçirilən zaman R.Haşımovdan təmiz çəkisi 130 qram, M.Dadaşovdan isə 95 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.