CƏMİYYƏT


İsmayıllıda qəzada iki nəfər ölüb

Hadisə bu gün İsmayıllı-Muğanlı avtomobil yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 23-BC-086 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı yük maşını ilə 10-FZ-877 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili toqquşub. Nəticədə İsmayıllı sakinləri İsmayılzadə Musa Əlişir oğlu və Əzimov Rüstəm Ramiz oğlu ölüblər. Səlimov Nadir Ağasəf oğlu, Səlimov Nahid Ağasəf oğlu və Şöhrət Dünyamalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2-nin vəziyyəti daha ağırdır.