CƏMİYYƏT


Xaçmazda iki avtomobil toqquşub

Mayın 7-i səhər saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Sabiroba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Səməd Soltanovun idarə etdiyi “Lada Priora” markalı minik avtomobili Gövhər Məmmədəliyevaya məxsus “Hyundai” markalı avtomobillə toqquşduqdan sonra yoldan çıxaraq daş hasara çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib, mişar daşından hörülən hasar dağılıb.