CƏMİYYƏT


Paytaxtda apteklərdən uşaq qidaları oğurlayan şəxs saxlanılıb

Paytaxtda apteklərdən oğurluq və soyğunçuluq yolu ilə kütləvi şəkildə talançılıq əməlləri törədən şəxs müəyyən olunaraq saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Xətai rayonlarında yeləşən apteklərdən uşaq qidaları oğurlayan Bakı şəhər sakini Gündüz Əsədpur müəyyən olunub.