CƏMİYYƏT


Maştağa qəsəbəsində istixanada narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Maştağa qəsəbə sakini Əliheydər Cavadov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ona məxsus bağ evinin həyətindəki istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 11 kiloqram 415 qram olan 25 çətənə kolu və 495 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Ə.Cavadov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır