CƏMİYYƏT


Ləki-Qəbələ dəmir yolu xəttinin inşasının 70 faizi başa çatıb

Ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərəcək Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi davam edir. Dəmir yolunun çəkildiyi ərazilərin çox hissəsi relyef baxımından dağlıq ərazi olsa da, torpaq yatağının hazırlanmasının 98 faizi artıq başa çatıb.
AZƏRTAC xəbər verir ki, Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə start verilib və 70 faizi tamamlanıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,49 kilometrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır