CƏMİYYƏT


Keçmiş məhkum qadına hücum edərək qızıl boyunbağı və sırğasını oğurlayıb

Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsi 5 ünvanında paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq edilib. Naməlum şəxs xanıma yaxınlaşıb ona zor tətbiq etməklə boynundan 200 manat dəyərində qızıl boyunbağını və qulağındakı sırğalardan birini talayaraq hadisə yerindən qaçıb. Zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə şikayət edərək cinayəti törədənlərin tapılaraq məsuliyyətinə cəlb olunmasını xahiş edib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalInmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Rakif Ramazanov saxlanılaraq istintaqa təqdim olunub. Tutulan zaman onun üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik maddə olan heroin də aşkar olunaraq götürülüb.