CƏMİYYƏT


Bərdədə xüsusi karantin rejiminin tələblərinə riayət edilməsinə ciddi nəzarət olunur

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisinə giriş-çıxış məhdudlaşdırılıb, həmin ərazilərdə postlar qurulub. Eləcə də küçə və prospektlərdə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən piyada marşrutları təyin olunaraq xidmət aparılır.