CƏMİYYƏT


Qurbanlıq qoyunların onlayn satışı təşkil olunub

31 iyul-1 avqust tarixlərində Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən qurbanlıq qoyunların onlayn satışı təşkil olunub. Onlayn satışın təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcüd karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır. 3 gün davam edən onlayn satış zamanı ümumilikdə 856 vətəndaş tərəfindən 1 047 baş qurbanlıq qoyun sifariş edilib.