CƏMİYYƏT


Həyətində qanunsuz ət kəsimi ilə məşğul olan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı Əli Nəzmi küçəsində yaşayan Şəmkir Həsənovun həyətində qeyri-qanuni heyvan kəsimi həyata keçirdiyi məlum olub. Həmin şəxs və onunla birgə bu fəaliyyətlə məşğul olan daha bir nəfər saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.
Şəmkir Həsənov və onunla birgə saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır