CƏMİYYƏT


1000-dək şəxs sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlə təmin edilir

Sosial dəstək tədbirləri çərçivəsində 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxslərdən ibarət 15 mindən çox vətəndaşa evlərində sosial xidmət göstərilir, 1000-dək şəxs sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlə təmin edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə dair keçirdiyi mətbuat konfransında məlumat verib.