CƏMİYYƏT


Baş prokuror prokurorluq orqanlarının şəhid olmuş əməkdaşlarının ailə üzvləri ilə görüşüb

Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində - sentyabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələri ilə görüş keçirilib.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi vətənimizin ərazi bütövlüyü uğrunda, cinayətkarlıqla mübarizə zamanı xidməti vəzifələrinin icra edərkən şəhid olmuş prokurorluq əməkdaşlarının xatirəsini yad etmək olub.