CƏMİYYƏT


Tərtər sakini: Dinc sakinlərin evlərini hədəfə almaq erməni xislətini açıq-aydın göstərir

Bu gün Tərtərin Borsunlu kənd sakini 1958-ci il təvəllüdlü Əfqan Piriyevə məxsus ferma düşmənin hədəfi olub. Ferma mərmi atəşinə tutulub.
Tərtər şəhər sakinləri Qorxmaz Həsənovun, Etibar Pirməmmədovun, Əkbər Kərimovun, Mehman Xəlilovun, Zəkiyyə Abdullayevanın, Elxan Məmmədovun, Arif Fərəcovun, Əskipara kənd sakini Kəmaləddin Qafarovun, Səhləbad kənd sakini Zahid İbrahimovun, Azad Qaraqoyunlu kənd sakini Güləbətin Məmmədovanın həyətlərinə də mərmi düşüb, evlərə ciddi ziyan dəyib.