CƏMİYYƏT


KİVDF 2021-ci ilin I yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2021-ci ilin I yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.KİVDF-dən AZƏRTAC-a verilən məlumata görə, fondun Müşahidə Şurasının iclasında qəzet redaksiyalarının maliyyələşdirilməsi üçün müsabiqənin keçirilməsi ilə bağlı qərar qəbul edilib.